Şou-biznes

"Aldatmaması üçün qadın kişini hər mənada qane etməlidir" - VİDEO

20 İyun 2023 18:10
Baxış: 5 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktrisa Feyza Civelek son açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa qonaq olduğu proqramların birində xəyanətlə bağlı sualı cavablandırıb.

"Qadından asılıdır. Aldatmaması üçün qadın kişini hər mənada qane etməlidir. Bunu bacaracaq qadın olduğumu düşünürəm" deyən Feyzanın bu açıqlaması sosial media izləyicilərini qəzəbləndirib. Onu buna görə qınayıblar.

İzləyicilər onun ünvanına "Özünə hörmət edən biri belə açıqlama verməz", "Bu, qadından asılı deyil, kişinin xarakteri olmalıdır", "Rihanna, Ancelina Coli, Şakira da bacarmadı? Bunu eşitsələr gülərlərdi", "Dedi və səhəri gün xəyanatə uğradı", "Qorxunc bir açıqlamadır", "Şakiraya xəyanət ediblər, sənə etməyəcəklər?" kimi şərhlər yazıblar.

Qeyd edək ki, Feyza hazırda "Kızılcık şerbeti" serialında "Nilay" obrazına həyat verir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.