Şou-biznes

Aysun Sevil Sevinclə küsülü imiş: “Onlara salam verib, savab almaq istəmirəm” - VİDEO

20 İyun 2023 21:35
Baxış: 2 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Aysun İsmayılovanın həmkarları Sevil, Sevinc Səfərova bacıları ilə küsülü olduğu üzə çıxıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bununla bağlı Aysun qonaq olduğu "Səhər mərkəzi" verilişində məlumat verib. 

İsmayılova bildirib ki, bir zamanlar rəfiqə olsalar da, indi bir-birinin salamını belə almırlar:

"Bir zamanlar həddən artıq yaxın idik, amma indi bir-birimizə salam belə vermirik. Səbəbini də bilmirəm. Mən düşünürəm ki, "salam" qarşılıqlı olmalıdır. Bir ay əvvəl Moskvada toyda bir yerdə idik. Salam verməyənə mən də salam vermərəm.

Sayanın quluyam, saymayanın ağası. Mən onlara salam verib, savab belə almaq istəmirəm. Savabı gördüyüm başqa işlərdən gözləyirəm. Arada incikliklər var. Mən tərəfdən deyil. Onlar nə ediblərsə, özləri özlərinə ediblər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.