Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sandal qəzaya düşüb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, hadisənin ardından Melis paylaşım edərək vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
"Çox şükür möcüzə nəticəsində qurtulduq. Zəng edən, maraqlanan hər kəsə təşəkkür edirəm. Allah bizi ailələrimizə və sevdiklərimizə bağışladı" deyə, o, paylaşımında bildirib.
Qeyd edək ki, Melisin olduğu qirokopterin mühərrikində yaranan problem səbəbindən onlar yerə sərt eniş ediblər. Nəticədə o, yaralanıb. Melislə Mustafa bir il əvvəl ailə qurub.
Milli.Az