Şou-biznes

Həkimi Kirkorovun əməliyyatlarından danışdı

14 May 2023 12:51
Baxış: 1 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xarici görkəmini xeyli dəyişdirən rus səhnəsinin ulduzu Filipp Kirkorovun həkimi onun barəsində açıqlama verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, plastik cərrah Anastasiya Lyubçenko müsahibəsində müğənniyə tətbiq etdiyi əməliyyatlardan söhbət açıb.

Onun sözlərinə görə, Kirkorova üzgərmə, qaşqaldırma əməliyyatı və eləcə də bir neçə prosedur olunub:

"Filipp Kirkorov incə və fit görünmək, qırışlardan qurtulmaq istəyirdi. Biz ona qaşqaldırma əməliyyatı etdik. Yəni başın ortasına qədər dərisini dartmışıq. Belə bir əməliyyat risklidir, lakin görünüşü tamamilə dəyişir. Bu əməliyyatdan sonra ildə iki dəfə botoks etdirmək lazımdır ki, pis vəziyyətə gəlib çıxmasın".

Cərrah onu da əlavə edib ki, ifaçının gözaltı torbaları da götürülüb, üz və boyun liftinqi də tətbiq olunub. 

Daha öncə plastik cərrah Oleq Vedrov Filip Kirkorovun qarın nahiyəsindən piy köçürüb, ombasını yuvarlaqlaşdırmışdı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.