Şou-biznes

6 milyon dollar ödədikdən sonra “bahalısan, get” dediyi vəkilindən cavab - FOTO

13 May 2023 16:36
Baxış: 1 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur müğənni Britni Spirs vəkili Metyu Rozenqarta 16 ayda 4,2 milyon dollar ödəyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müğənniyə yaxın mənbələr xəbər veriblər.

Bildirilir ki, vəkil Metyu Rozenqart 2021-ci ilin noyabrından 2023-cü ilin martına qədər müştərisi Britni Spirsdən 4 milyon 201 min 856 dollar alıb.

Mediada yayılan məlumata görə, bu, ifaçının işinə görə vəkilə ödədiyi ümumi məbləğin yalnız bir hissəsidir. Bütün vəkil haqqının təxminən 6 milyon dollar olduğu güman edilir.

Bildirilir ki, Spirs baha başa gəldiyi üçün Rozenqartın xidmətlərindən imtina etmək qərarına gəlib.

Bundan sonra hüquqşünas başlanmış işləri heç bir ödəniş etmədən başa çatdırmağa razı olduğunu deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.