Şou-biznes

“33 il əvvəl belə qərar verilib...” - FOTO

28 Aprel 2023 04:04
Baxış: 2 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur rusiyalı teleaparıcı Leonid Yakuboviç "Pole Çudes" şou-proqramının iştirakçıları üçün tapşırıqları kimin hazırladığı barədə danışıb.  

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Yakuboviçin sözlərinə görə, onun özü üçün bu sirdir. "33 il əvvəl bunun belə olmasına qərar verilib", - deyə o bildirib.

Yakuboviç qeyd edib ki, tapşırıqlar iki redaktor tərəfindən hazırlanır və proqramın başlamasına bir dəqiqə qalmış teleaparıcıya gətirilir.

"Mən artıq studiyada olanda tapşırıqlar mənim önümdəki zərfin içində olur və o zaman açılır", - deyə o əlavə edib.

"Mən yalnız xüsusi layihə hazırlanarkən tapşırıq mövzularının seçilməsi ilə bağlı tövsiyə verə bilərəm. Məsələn, biz hansısa müəssisə, hansısa respublika, hətta bir dövlətlə oynadığımız zaman bu mümkün ola bilər", - deyə o vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.