Şou-biznes

“CinemaPlus”da “Üçlü pürüz” Türk komediyasının nümayişı başlayır

26 Aprel 2023 13:30
Baxış: 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

CinemaPlus kinoteatrlar şəbəkəsində aprelin 27-dən etibarən "Üçlü pürüz" Türk komediya filminin nümayişı başlayır.

Rejissor Vedat Uyar.

Baş rollarda Hakan Altıner, Selim Erdoğan, Deniz Gündoğdu.

Filmin yaş həddi 18+ təyin olunub.

Film haqqında qısa məlumat: Fatih və Eda, ailələrindən gizli evlənirlər. Cütlük, evləndiklərinin məlum olmasından əvvəl, Adanaya gedərək, orada saxta nigah etməyi planlaşdırır. Bu məqsədlə də, əslində bank işçisi olan dostları Serhatdan saxta nigah məmuru, Hakan və Utkudan da nigah şahidi olmalarını istəyirlər. Birlikdə Adanaya yola çıxan qrup, səyahət zamanı avtomobillərinin oğurlanmasilə gözlənilməz bir macəraya düşürlər.

CinemaPlus kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory