Şou-biznes

Nanə Rühəngiz Allahverdiyevanı efirdə çətin vəziyyətə saldı - VİDEO

19 Aprel 2023 04:04
Baxış: 2 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Rühəngiz Allahverdiyeva yeni mənzil alıb. 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda Nanə Ağamalıyeva aparıcısı olduğu "Günün sədası" verilişində məlumat verib. 

Aparıcı proqramda qonaq etdiyi müğənniyə "Yeni ev almısınız. Sizi bu münasibətlə təbrik edirik. Nə zaman yeni evinizə köçürsünüz?" sualını ünvanlayıb. 

R.Allahverdiyeva isə cavab olaraq aldığı yeni evə köçmədiyini bildirib. Nanə isə tezliklə sənətçinin evində qonaq olacağını dilə gətirib. 

Qeyd edək ki, R.Allahverdiyeva bir müddət əvvəl mənzil problemini bu sözlərlə dilə gətirmişdi:

"Mən küçədə deyiləm, evim var. Sadəcə balacadır, iki otaqlıdır, kvadratı azdır. Bir sənət adamı üçün belə darısqal evdə yaşamaq çox çətindir. Mənim çoxlu sayda geyimlərim, aksessuarlarım var. Onları da bu balaca evə sığdırmaq çox çətindir.
Hansı müğənni mənim kimi belə bir evdə yaşayır? Heç kim... Məndən qat-qat gözəl evlərdə yaşayırlar. 100 qat artıq olsun. Heç kimin də nə malında, nə də ailəsində gözüm var. Aza qane olan insanam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.