Şou-biznes

“Əsgərlikdə olmasam da, İkinci Vətən müharibəsinə könüllü getdim” - VİDEO

15 Aprel 2023 14:24
Baxış: 1 941
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Vüqar Muradov hərbi xidmətə getmədiyi halda İkinci Qarabağ müharibəsinə könüllü getdiyini açıqlayıb.  

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "7 canlı" axşam şousunda deyib.

"İkinci Vətən müharibəsi başlayanda 37 yaşım vardı. Mənim yaşım düşmürdü çünki o yaşda hərbiyə çağırış yox idi. Amma mən qaçıb, getdim cəbhəyə. Zamanında orqanizmdə olan problemlərlər - ayağımın altı düz və mədəmdə "xora" olması səbəbi ilə məni əsgərliyə aparmamışdılar. Halbuki, əsgər olmaq böyük arzum idi. Əsgərlik də keçməmişdim. Arxa cəbhədə, Beyləqan, Füzuli, Ağcabədi tərəfdə əsgərlərə kömək etmək istəyirdim.  ATV-də verilişlərin birində çıxışımı etdim və oradan çıxıb birbaşa müharibəyə getdim", - deyə Vüqar vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.