Şou-biznes

Nazpəri nəvəsi ilə görüşə bilmir

10 Aprel 2023 16:00
Baxış: 2 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Nazpəri Dostəliyeva dünyasını dəyişən oğlu Əlinin övladı Tamerlanla görüşmədiyini deyib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Günaydın, Azərbaycan" verilişində danışıb. O bildirib ki, nəvəsi anası ilə birlikdə Rusiyada yaşayır:

"Telefonla danışırıq, görüşə bilmirəm. Rusiyaya gedəndə, əlbəttə, görüşəcəyəm. Yayda burada idi. Hər dəfə məni görəndə, ata haradadır deyəndə, özümdən gedirəm. Hər şeyi örtülü saxlayanda, hərə bir fikir deyir. Uşağın o sözü mənə hər şeydən ağırdır. Tamerlan mənə ana deyir. Deyəndə ki, ana, ata haradadır? Onda uşaqdan qaçdım, bir müddət uzaqlaşdım".

Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə 41 yaşında ürək çatışmazlığından vəfat edib. O, həyat yoldaşından bir neçə il əvvəl ayrılmışdı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.