Şou-biznes

Kamança ifaçısı: "Elza borcumuzu vermir" - FOTO

7 Aprel 2023 20:24
Baxış: 1 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kamança ifaçısı Elnur Salahov Əməkdar artist Elza Seyidcahandan şikayət edib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, musiqiçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək, müğənninin  ona konsertindən borclu qaldığını bildirib. 
"Bu tanıdığınız müğənni martın 28-də solo konsert verib, iki ay məşqinə getmişəm digər musiqiçilər kimi. Günü bu günə qədər haqqımızı vermir. Mənə bir saat əvvəl zəng edib deyir ki, pulum yoxdur, verməyəcəm. Üstəlik, məni təhqir edib telefonu üzümə söndürür", - deyə E.Salahov vurğulayıb.

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı E.Seyidcahanla əlaqə yaratsa da, o telefon zənglərimizi cavabsız qoyub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.