Şou-biznes

Məşhur aktrisa ölmüş oğlundan uşaq dünyaya gətirdi - FOTO

7 Aprel 2023 15:26
Baxış: 3 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın məşhur aktrisa və aparıcısı Ana Obreqonun son addımı səs-küyə səbəb olub.

Milli.Az sfera.az-a istinadla bildirir ki, 68 yaşlı ulduz sosial media hesabından ölən oğlunun spermasından övladı olduğunu açıqlayıb.

Surroqat analığı qadağan edən İspaniya hökuməti isə ABŞ-də doğum etdiyini deyən Obreqona sərt reaksiya verib.

Digər tərəfdən aktrisa "İnstaqram"da körpəsi ilə qucağında çəkdirdiyi şəkli paylaşıb. "Mən bir daha heç vaxt tək olmayacağam. Yenidən həyata qayıtdım", - o yazıb.

Qeyd edək ki, Ana Obreqon 2020-ci ilin may ayında yeganə övladını xərçəng xəstəliyindən itirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.