Şou-biznes

Məşhur azərbaycanlı bloqerin yeni BİZNESİ - VİDEO - FOTO

31 Mart 2023 11:29
Baxış: 1 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloqer və iş adamı Hüseyn Həsənov yeni biznesə başlayır. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu barədə bloqer sosial şəbəkə hesabında məlumat yayıb. 

Hüseyn bildirib ki, kiçik mətbəx açaraq orada "suşi rollar"ın hazırlanması və çatdırılması xidmətini istifadəyə verəcək. 

"Banda"(izləyicilərinə hər zaman belə müraciət edir - red.) mən hər zaman istəmişəm özümün xüsusi "suşi rollar"ım hazırlanıb çatdırılması xidmətim olsun. Harada olmağımdan asılı olmayaraq, hansı ölkəyə səfər etdimsə, hər zaman tapıb onların dadına baxıram", - deyə Həsənov vurğulayıb. İzləyicisinin "Suşi rolların qiyməti baha olacaq?" sualına bloqer "Qiymətlər hamı üçün əlverişli olacaq" cavabını verib. 

Qeyd edək ki, Hüseyn Həsənovun yaşadığı Moskvanın bir neçə restoran şəbəkəsi var. Bundan başqa, bloqer bir müddət əvvəl Dubayda mülklər alacağını və həmin evləri kirayə verəcəyini açıqlayıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.