Şou-biznes

"Hülya Avşar səsimin, sənətimin yanında heç kimdir" - Rövşanə Ağasəfqızı ilə canlı yayımda mübahisə ... - VİDEO

28 Mart 2023 17:35
Baxış: 4 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Rövşanə Ağasəfqızı arasında canlı yayım zamanı mübahisə yaşanıb.

Milli.Az  axşam.az-a istinadən xəbər verir ki, xanəndə qonaq olduğu "Space səhər" proqramında sənətindən yox, şəxsi həyatından yazılmasından gileylənib:

"Hazırda cəmiyyətin zövqünü körlamasında mətbuat və televiziya günahkardır. Muğam oxuyanda, mənim sənətimi dəyərləndirmirdilər. Amma ailəsi dağıldı, hamı verdi".

Onun bu sözlərinə Rövşanə "Haradan bilirlər? Siz deməsəniz, hardan bilinəcək? Mənim də ailəmdə problemlər olub, niyə yazılmır? Sizdən də məşhuram" sözlərini deyib.

Nigar isə aparıcıya əsəbiləşərək "Sual verdiniz, imkan verin cavab verim. Öz sualınıza özünüz cavab verirsiniz" deyə, bildirib. Şabanova "

Rövşanənin "Hülya Avşarın, Sibel Canın ailəsi maraqlıdır. Siz də məşhursunuz, hamıya maraqlısınız" sözlərinə Nigar "Hülya Avşar mənim üçün heç kimdir. Səsimin, sənətimin yanında heç kimdir. O, nə böyük adamdır, sənəti nədir ki?" reaksiyasını verib.

Bundan sonra xanəndənin efirdə mikrofonunu bağlayıblar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.