Şou-biznes

Eyyub Yaqubov və “Big Band Sound Pro“nun növbəti iki günlük konserti baş tutdu - VİDEO - FOTO

27 Mart 2023 18:00
Baxış: 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Heydər Əliyev adına sarayda Xalq artisti Eyyub Yaqubov və "Big Band Sound Pro "nun növbəti iki günlük konserti baş tutub.

Yeniliklərlə yadda qalan konsertdə Eyyub Yaqubov dinləyicilərinə yeni mahnılar da  təqdim edib. Coşqu ilə qarşılanan musiqili gecədə Eyyub Yaqubovla yanaşı xalq artisti Cavan Zeynallı və "Big band sound pro" nun bədii rəhbəri, Azərbaycan Dövlət televiziyasının solisti Fuad Musayev də sevilən ifalarını səsləndiriblər. Səhnədə " Qaya" qrupunun repertuarından sevilən mahnılar səsləndirən Fuad Musayev və Cavan Zeynallının çıxışı alqışlarla qarşılanıb. 

Xalq artisti Eyyub Yaqubov bəstəkar Elçin İmanovun bəstələdiyi " Balaxanı" və " Səni sevirəm" mahnılarını da eksklüziv olaraq konserti izləməyə gələn pərətişkarları üçün səsləndirib. Anşlaqla qarşılanan konsert maraqlı rəqs nömrələri və çıxışlarla yadda qalıb. 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.