Şou-biznes

Xalq artisti TƏCİLİ xəstəxanaya yerləşdirildi: Həkimlər məsləhət görür ki... - FOTO

27 Mart 2023 15:08
Baxış: 3 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aftandil İsrafilov yenidən xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında qarmon ifaçısının qızı Həcər deyib. O bildirib ki, atasının səhhəti yenidən pisləşib:

"Səhhətində bir çox problemlər var. Eyni zamanda ürək çatışmazlığından əziyyət çəkir. Həkimlər xəstəxanada qalmasını məsləhət gördülər. Hazırda müalicə alır". 

Qeyd edək ki, A.İsrafilov ötən ilin noyabrında xəstəxanaya yerləşdirilmişdi. Daha sonra evə buraxılan musiqiçi dekabrda yenidən xəstəxanaya gətirilib. A.İsrafilov uzun müddət müalicə aldıqdan sonra evə buraxılmışdı. Qızı onunla bağlı açıqlama verərəkən "Ürəyinin işemik xəstəliyi, mədə-bağırsaq qanaxması var, ayaqları şişib. Bütün bunlar böyrəyə də təsir edib" sözlərini söyləyib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.