Şou-biznes

"Bacım Dilarənin vəziyyəti pisdir"

23 Mart 2023 14:36
Baxış: 3 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rəy verilib ki, ürəyində problem olunub. Amma ürəyindən əməliyyat olunmayıb, yalandır, şaiədir. Avtomobili idarə edən zaman, sükan arxasında bir anlıq huşunu itirib. İdarəetməni itirib".

Milli.Az xəbər verir ki, bu sözləri bizim.media-nın əməkdaşı ilə söhbətində Əməkdar artist Dilarə Əliyevanın aktyor qardaşı Vüsal Əliyev deyib.

Aktyor bacısının səhhətinin pis olduğunu bildirib:

"Dilarə şok vəziyyətindədir. Evdədir, onu da təcili yardım gətirib. Xəsarəti yoxdur. Oqtayın öldüyünü qızları və valideyinləri bilirlər".

Oqtay Əliyevin harada dəfn olunacağı ilə bağlı suala isə Vüsal belə cavab verib:

"Oqtayın dəfni ilə bağlı ailə üzvləri onun Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılmasını istəyirlər. Amma daha öncə fikrimiz onu Mehdiabad məzarlığında idi, çünki onun nənəsi orada dəfn olunub.

Bacım Dilarə dedi ki, Oqtay Əliyev hörmətli adamdır, fəxri titulu var, ona görə də onun Qurd Qapısı qəbiristanlığında dəfn olunmasını istəyir. Mədəniyyət Nazirliyindən dəfnlə bağlı cavab gözləyirik".

Qeyd edək ki, baş verən ağır yol-nəqliyyat hadisəsində Əməkdar mədəniyyət işçisi Oqtay Əluyev 54 yaşında ürəktutmadan dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.