"Mənə 21 min borcunuz var" - Müşviq Şahverdiyev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, tanınmış film istehsalçısı "Cinemazadeh" aktyor Müşviq Şahverdiyevi məhkəməyə vermişdi. Tərəflər arasındakı problem müqavilə öhdəlikləri ilə bağlı yaşanmışdı. Bir neçə gün əvvəl hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən məhkəmədə Müşviq Şahverdiyev təqsirli bilinmişdi.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu gün "Xəzər axşamı" verilişində qonaq olan aktyor yenidən məhkəmə prosesi ilə bağlı danışıb. O,apellyasiyaya şikayət verdiyini və təzminat kimi tələb olunan məbləğin 90 min yox, 25 min manat olduğunu deyib:
"Hakim mənim dəlillərimə qulaq asa-asa sonda qarşı tərəfin xeyrinə qərar verdi. Tutaq ki, mən bu pulu ödədim, amma nə qədər insan var ki, belə qərarların qurbanı olur. Elələri var bu məbləği illərlə qazanmalıdır ki, qaytarsın. Müqaviləyə görə bir il işsiz qalmışam, bitdikdən sonra zəng ediblər ki, pul tapmışam, gəl filmə çəkil. Qarşı tərəf məni elə göstərdi ki, pulu almışam və çəkilməmişəm. Məhkəmənin də işi haqq-ədalət işidir. Xahiş edib, məhkəmə zalındakı çəkiliş videosunu ictimaiyyətə təqdim etsəm, insanlarda belə bir fikir yaranacaq ki, Ülkər Həsənova hakim kimi yox, qarşı tərəfin vəkili kimi çıxış edir".
Proqrama telefon zəngi ilə qoşulan "Cinemazadeh" şirkətinin direktoru Cəfər Axundzadə isə bildirib ki, aktyor bir neçə filmə çəkilməyib:
"Şirkətimizin bir neçə filmlə bağlı Müşviqlə müqaviləsi var idi və buna görə pul ödənmişdi. Müşviq bir layihəyə çəkilmədi. Dedik yaxşı, seriala başlayırıq, orada rol alar, onu da başqa filmlə əvəz edərik. Seriala start verdik və 6 seriyadan sonra pandemiya başladı, çəkilişlər dayandı. Daha sonra Müşviq dedi ki, 6 seriyaya da çəkiləcəyəm və 2-3 gün sonra onu gətizdirə bilmədik. Dedik gəl, gəlmədi. Müqaviləmiz əsasında məhkəməyə vermişdik".
Müşviq isə C.Axundzadənin bu iddialarına etirazını bildirib:
"Biz serialdan yox, filmdən danışırıq. Sən məni məhkəməyə filmə görə vermisən. Serialdan niyə bəhs edirsən? Sizin mənə borcunuz var, seriala görə mənimlə 1 illik müqavilə bağlamısınız, amma 5 ayın pulunu ödəmisiniz. Hazırda 21 min manat mənə borcunuz var. Amma məsəl var, "Oğru elə bağırdı, doğrunun bağrı yarıldı". Məhkəmədə də belə danışdınız. Filmi çəkərdin, gələrdim. Əlində hansı dəlil var idi?".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
XƏBƏR LENTİ
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu: 17 yaşlı oğlu tutuldu
-
Bu xanıma yüksək vəzifə verildi
-
On beş milyon azadlıq mərmisi
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)
-
Harri Keyn Bundesliqada tarix yazdı
-
Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
-
Əfsanəvi futbolçu vəfat etdi
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi





