Şou-biznes

Bibisi Ramaldan şikayət etdi

14 Mart 2023 23:25
Baxış: 1 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bibim Mələkxanım Eyubovadan çox çəkinirəm. Ona hörmət edirəm. Evdə də bizim üçün sənətkardır. Təməli gözəl qoyub".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Ramal İsrafilov "Səhər mərkəzi" verilişində deyib. Müğənni Xalq artisti Mələkxanım Eyibovadan danışıb. O bildirib ki, bibisi ilə efirə gedəndə ciddi davranır. 

M.Eyubova isə Ramalla bağlı suallara "Göstəriş üçün efirdə belə deyil. Evdə də belədirlər. Məni görəndə özlərini yığışdırırlar. İfa etdiyim bütün mahnılarda Ramalın zəhməti var. Mahnı hazır olmamış Ramal baxmalıdır. Hətta mahnı seçəndə belə deyirəm, hansını oxuyum?" deyə, cavab verib.

Aparıcı Aysel Novruzovanın "Ramal sizin üçün mahnı yazıb" sualına xanəndə "Yaralı yerimə toxunmayın. Yazmayıb" deyərək, şikayət edib. 

Ramal isə bibisinin şikayətinə "Yazacağam... Bibim üçün pul söhbəti ola bilməz" cavabını verib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.