Şou-biznes

Afaqın xəstəliyi BİLİNDİ - Təcili əməliyyat olundu - FOTO

14 Mart 2023 23:35
Baxış: 6 703
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səhhəti ilə bağlı efirdən uzaqlaşan aparıcı Afaq Gəncəlinin xəstəliyi bəlli olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, onun zobdan (Qalxanabənzər vəzinin həcminin böyüməsi - red.) əziyyət çəkdiyi öyrənilib.

Bu barədə "Səhərin səsi" verilişinin aparıcısı Samir Bayramlı proqramda deyib.

"Afaqla danışmışam. Zob xəstəliyindən əməliyyat keçirib. Bir ay ona çox danışmaq olmaz. Sentyabrdan yenə də işlərinin başına qayıdacaq", - deyə, Samir qeyd edib.

Xatırladaq ki, bir müddət öncə A. Gəncəli açıqlama verərək səhhəti ilə bağlı "Səhər mərkəzi" verilişindən uzaqlaşdığını söyləmişdi. Onun yerinə isə efirə layihənin redaktoru Aysel Novruzova gəlib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.