Şou-biznes

Fədayə Laçın: “Efirə, səhnəyə həsrət qalmışam” - VİDEO

13 Mart 2023 20:19
Baxış: 1 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun müddətdir Vətəndən Rusiyaya köçən və oğlu ilə Moskvada yaşayan müğənni Fədayə Laçın açıqlaması ilə diqqət çəkib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Evdəkilərə salam" verilişində yaxın zamanda Azərbaycana geri dönəcəyini bildirib.

"3 ildir Rusyaya gəlmişəm. İki dəfə Bakıya toya getmişəm, yenə bura qayıtmışam. Tale məni bura atdı. Peşman da deyiləm. Mənim üçün bir qapı açıldı. Həbsdən sonra fürsət oldu. Gəldim, elə alındı ki, qayıtmadım. Nə vaxt qayıdacağımı deyə bilmərəm, ancaq qayıdacam. Qəribçilik bir şey deyil. Efirə, səhnəyə həsrət qalmışam. Arada gəlib Rusiyada məni çəkirlər".

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o  2019-cu ildə azadlığa buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.