Şou-biznes

Reperin konsertində atışma

20 Fevral 2023 09:41
Baxış: 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Reper Motanın Moskvada gecə klublarından birində keçirilən konsertində qorxulu anlar yaşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Shot" teleqram kanalı məlumat yayıb. Mübahisənin səbəbi 7 pərəstişkarın musiqiçinin yanına səhnəyə getmək istəməsi olub. Mühafizəçilər onların yolunu kəsərək küçəyə çıxarıb. Həmin vaxt mübahisə düşüb və atəş açılıb.

Mübahisəni yaradanlardan biri mühafizəçinin silahını götürərək yerə atəş açıb. Daha sonra cangüdənlər silahı götürərək həmin şəxsləri maşına qoyaraq məlum olmayan bir yerə gediblər. 

İndi polis dava edən və atəş açan şəxsi axtarır. Hələlik kameralar avtomobili izləyə bilməyib, çünki o, bardan çox uzaqda dayanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.