77 yaşlı amerikalı aktrisa Qoldi Houn ötən gün paparatsilərin obyektivinə tuş gəlib.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, izləyicilərin çoxu onu tanımaqda çətinlik çəkdiklərini bildiriblər.
O, bir neçə gün əvvəl - Sevgililər Günündə həyat yoldaşı aktyor Kurt Russell ilə birlikdə əylənərkən görüntülənib.
Qeyd edək ki, cütlük 1983-cü ildən evlidir.
Milli.Az