Şou-biznes

Titanikin soundtrekində "Şir həmişə şirdir" ifası - VİDEO

16 Fevral 2023 17:40
Baxış: 1 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün təqdim edilən "Evdə qalmış" filmində hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlıya göndərmə edilib.

Milli.Az olay-a istinadən xəbər verir ki,filmdə aktrisa Nigar Əhmədova meyxanaları fərqli tərzdə oxumağı ilə yadda qalıb. O, həm də sənətçinin sosial mediada trend olan "Şir həmişə şirdir" ifasını səsləndirib.

Nigar "Titanik" filminin məşhur soundtreki, Selin Dionun "My Heart Will Go On" mahnısını sözügedən meyxananın sözləri ilə oxuyub. Bu anlar zalda gülüş səsləri və alqışlarla qarşılanıb.

Qeyd edək ki, romantik-komediya janrında olan "Evdə qalmış" filmi "Park Cinema" kinoteatrlar şəbəkəsində yayımlanır.

Mili.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.