Şou-biznes

Rəqsanə Təranənin uşaqlarını sığınacağa yerləşdirdi - VİDEO

15 Fevral 2023 14:11
Baxış: 5 546
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Rəqsanə İsmayılova illərdir qalmaqal yaşadığı, ötən gün həbs olunan prodüser Təranə Səmədovanın övladlarını himayəsinə götürəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, müğənni "TikTok" hesabında açdığı canlı yayımda prodüserin həbs edilməsinə münasibət bildirib.

Danışarkən göz yaşlarını saxlaya bilməyən Rəqsanə deyib ki, bir müddət öncə barışdığı Təranənin uşaqlarına yazığı gəlir:

"Eşitdim ki, Təranənin problemləri, ehtiyacları var. Onunla danışırdım. Dedim ki, əlimdən gəldiyi qədər sənə kömək edəcəyəm. Amma bir az ağılla hərəkət etmək lazım idi. Ona, əsas da övladlarına yazığım gəlir. Bu gün onun övladlarını sığınacağa yerləşdirdim. Ordan gələndən bəri ağlayıram".

Xatırladaq ki, Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. O, 2017-ci ildə qadın alveri səbəbilə ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb.

Qeyd edək ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.