Şou-biznes

Təranə Səmədova həbs olundu

14 Fevral 2023 19:50
Baxış: 6 739
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış prodüser Təranə Səmədova həbs olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

Məlumatı açıqlamasında DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev də təsdiqləyib. Məlumata görə, prodüser barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.

Qeyd edək ki, T.Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.

Onu da xatırladaq ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.