Şou-biznes

"Görəsən böyük Allah bu bəlanı göndərməklə nə deyir?"

8 Fevral 2023 19:51
Baxış: 3 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Zəlzələ təbiət hadisəsidir. Heç kimi qınamaq olmur. Allahın izni olmadan ağacdan bir yarpaq belə düşə bilməz. Görəsən böyük Allah bu bəlanı göndərməklə nə deyir? Yaratmış olduğu körpədən böyüyə niyə qıyır?".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Əkbər Əlizadə sosial şəbəkədə yazıb. O, Türkiyədəki dəhşətli təbiət hadisəsi ilə bağlı bunları qeyd edib:

"İnsanlar görmüşəm deyiblər ki, kaş evim 2 mərtəbəli, böyük, otaqları çox olaydı. Bu gün qışın oğlan çağında, şaxtada, nəfəs dondurucu havada küçələrə səpələnən çarəsiz insanları görəndə deyilən bütün istəklərin üstündən qara bir xətt çəkirəm. Allahım! Böyüksən, ucalardan ucasan. Dünya sirrlərlə doludur. Açmasını Allah bilir, əqlimiz yetməz!

Bu fəlakətdə dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara tezliklə şəfa, doğmalarını itirənlərə səbr diləyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.