Şou-biznes

Məşhur rusiyalı müğənni ürəyindən əməliyyat olundu

2 Fevral 2023 20:55
Baxış: 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu günlərdə Moskvanın kardioloji mərkəzlərindən birinə aparılan rusiyalı müğənni və bəstəkar İqor Nikolayev ürəyindən əməliyyat olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 63 yaşlı sənətçinin koronar anjioqrafiyadan keçdiyi və ürəyinə stent taxıldığı bildirilib.

Xatıraladaq ki, yanvarın 31-də Nikolayev infarkt keçirərək xəstəxanaya yerləşdirilib. Müğənni üçün bu, ikinci infarkt olub. O, sonuncu dəfə 2021-ci ildə belə vəziyətlə qarşılaşıb.

Qeyd edək ki, İqor Nikolayev 1980-ci ildə Moskva Mədəniyyət İnstitutunun Estrada fakültəsini bitirib. Bundan sonra bəstəkar kimi sənət adamları ilə əməkdaşlıq edib, həmçinin solo ifaçı kimi çıxış edib.

2001-ci ildə Əməkdar İncəsənət Xadimi, 2019-cu ildə isə Rusiyanın Xalq artisti adını alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.