Şou-biznes

"Qızı Tünzalənin ölüm xəbərini internetdə görüb"

27 Yanvar 2023 16:31
Baxış: 1 737

"Tünzalə içi ağlasa da, üzü gülürdü, tamaşaçını güldürürdü. Canında o qədər ağrı daşıyırdı, amma gəlib komediya oynayırdı".

Bu sözləri axşam.az-a açıqlamasında Əməkdar artist Dilarə Əliyeva deyib. Aktrisa mərhum Əməkdar artist Tünzalə Əliyeva haqqında danışıb. O bildirib ki, aktrisanın qızı Zəhra anasının ölüm xəbərini yutubda görüb:

"Elə mən də yeni xəbər tutdum ki, Zəhra anasının vəfat etdiyini öyrənib və səhərə qədər ağlayıb. Ailə onu qoruyurdu ki, öyrənməsin. Dəfn olunduğu videonu yutubda görüb və atasına sual verib ki, bu, nədir? Atası onu sakitləşdirməyə çalışıb və gerçəyi deyib. Tünzalə son günlərində qızı ilə görüşə bilməmişdi".

Qeyd edək ki, Tünzalə Əliyeva dekabrın 22-də uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.

Milli.Az

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics