Şou-biznes

"Başımız söhbətə o qədər qarışıb ki, işıqfor 5-6 dəfə yanıb-sönüb"

25 Yanvar 2023 03:44
Baxış: 2 754

"Uşaq film və cizgi filmləri tək bizdə deyil, heç bir ölkədə çəkilmir. Nə Rusiyada, nə də ki, Amerikada. Onların da bir "Evdə təkbaşına" filmi var, hər il onu göstərirlər. Filmlər çəkilməlidir. Bu nə biyabırçılıqdır? Bir multik var, "Şrek". "Şrek"ə baxanda mən yaşamaq istəmirəm. Əgər mən onu başa düşmürəmsə, uşaqlar onu necə başa düşəcəklər? Uşaqlara tərbiyəvi mövzular aşılanmalıdır. Uşaqlar təbəqələşmənin nə olduğunu bilib, ondan uzaq qaçmalıdırlar. Bizə belə öyrədiblər. Deməyiblər ki, filankəsin atası məmurdur, onunla dostluq et. Şəxsən mən rəfiqələrimi imkana, var-dövlətə görə seçməmişəm. İndiki uşaqlar isə cizgi filmlərə baxıb, yaşayırlar".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında "Qaraca qız" filminin Xədicəsi Leyli Axundova deyib.

"Bir neçə il əvvəl filmə dəvət gəldi, amma getmədim. İndi elə seriallar çəkirlər ki! Sadəcə "ujas"! Bu onu vurub öldürür, o bunu vurub öldürür! Aktyorları elə bil küçədən yığıblar. Nə danışıqları var, nə də ki, görünüşləri. Mətni əzbərləyib deyirlər" deyə sənətçi bildirib.

Leyli Axundova yol hərəkəti qaydalarını pozmağından da danışıb.

"Sağ olsunlar yol polisləri, mənə hər zaman güzəşt edirlər. Hər yerdə mənə yaşıl işıqdır. Amma maşını düzgün idarə etməyəndə avtomatik olaraq sistemdə mənə cərimə gəlir. O vaxt Ans kanalında polis-inspektor demişdi ki, Leyli xanım bir nömrəli yol hərəkəti qaydalarını pozan xanımdır (gülür). Bir dəfə də qırmızı işıqda dayanıb rəfiqəmlə söhbət edirdim. Qırmızı işıq 5-6 dəfə yanıb-sönüb, yaşıl da yanıb. Bizim bundan xəbərimiz olmayıb. Bir də gördüm polis yaxınlaşıb soruşur ki, xanım salamatlıqdır?! Başımız söhbətə o qədər qarışıb ki, işıqfor 5-6 dəfə yanıb-sönüb" deyə aktrisa bildirib.

"Filmdə Tutu obrazını oynayan Sevil Zeynalova ilə görüşürsünüz?" sualına isə Leyli Axundova belə cavab verib.

"O vaxt Heydər Əliyev adına sarayda köhnə filmlərin qəhrəmanlarını bir araya gətirmişdilər. Afişaya mənim də, Sevilin də şəkilini vurmuşdular. Bir jurnalist də öncədən xahiş etmişdi ki, sizdən orada müsahibə almaq istəyirəm. Demişdim ki, yaxşı, edərik. İşdən yorğun çıxdım, fikirləşdim ki, gedim evdə dincəlim. Jurnalist xanıma dedim ki, gələ bilməyəcəm. Xanım zəng edib mənə dedi ki, siz istəyirsiniz ki, məni işdən çıxartsınlar?! Mən mütləq sizin ikinizdən də birlikdə müsahibə almaq istəyirəm. Ondan sonra 1-2 dəfə də məktəblilərlə görüşlərimiz olub. Ümumiyyətlə mən qadınlardan uzaq qaçıram, onlarla dostluq etmirəm" deyə Leyli xanım deyib.

Milli.Az

İllik 12,99%-dən 40 000 manatadək zaminsiz komissiyasız kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics