Şou-biznes

Nadir: “Əvvəl oğlumu oğul kimi sevirdim, indi isə kişi kimi sevirəm” - VİDEO

17 Yanvar 2023 20:52
Baxış: 1 753
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Övladlarımızın evlənmək seçimində biz valideyinlər məsləhət verə bilərik. Amma müdaxilə edə bilmərik. Çünki həyatını o quracaq, o yaşayacaq. Bu məsələ bizim də ürəyimizcə olmalıdır. Biz də övladımız üçün əziyyət çəkirik, onun xoş gününü arzulayırıq".

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu "Günün sədası" verilişində deyib.

Oğlu Loğmanın toyundan söz açan sənətçi gəlinindən çox razı qaldığını da dilə gətirib.

"Oğlum ailə həyatı qurandan sonra onu ikinci dəfə sevdim. Əvvəl oğlumu oğul kimi sevirdim, indi isə kişi kimi sevirəm. Hətta oğlum Loğmanın toyunda gəlinimə dedim ki, səni necə oğlum seçibsə, bilki yanında bir kişi var.

İnsan bioloji olaraq kişi doğula bilər. Amma mənəvi kişi olmaq başqadır. Oğlumun yanında əsl azərbaycanl qızı var. Bunu isə ağızdolusu deyirəm. Gəlinimin yanında əsl Azərbaycan kişisi var".

Qeyd edək ki, Nadir Qafarzadənin oğlu Loğman Əntiqə adlı xanımla ötən ilin dekabrında ailə qurub. Müğənninin Əziz adlı daha bir övladı var. Moskvada yaşayan Əziz müğənni kimi fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.