Şou-biznes

Mətanətdən Elzanın tənqidinə cavab - VİDEO

16 Yanvar 2023 10:12
Baxış: 1 773
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Mətanət Əsədova Əməkdar artist Elza Seyidcahanın onun ünvanına dediklərinə cavab verib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Əsədova bu haqda "Günaydın, Azərbaycan" verilişində danışıb. 

"Elza bir dəfə efirə zəng etdi və tənqid etdi. Mənə həmin tənid təhqir kimi gəldi. Onun sözü məni dağa çıxartdı. Bir vaxtlar dostlarımı yığırdım, gedib Elzaya qulaq asırdım. Deyirdim, gözəl sənətin, istedadın var" deyə, Mətanət əlavə edib. 

Qeyd edək ki, Seyidcahan Mətanətə "Mətanət Əsədova kimdir ki? Müğənnidir? Müğənni deyil. Səsi var, səsinin aşiqiyəm. Sənətinin üstünə düşməkdənsə, bədəninin üstə düşüb. Adam səsi montaj edər, oxuyar. Düzü, cavab verər ki, montaja ehtiyacı yoxdur. Qəşəng oxuyur. Mən onu sevmirəm. O, seviləsi adam deyil. Səsini sevirəm. Məsələn, bacımın diapazonu, lirikası, savadı, dünya görüşü var. Nə fayda? Haradadır? Narahat olmalıdır ki, Allah bu səsi verib, inkişaf etdirim. Adam səhvləri düzəldər. Mən Mətanətə dediklərimi, bacıma da deyirəm" sözlərini deyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.