Şou-biznes

“Ömrümün sonuna qədər mübarizə aparacağam” - Xoşqədəm

15 Yanvar 2023 06:31
Baxış: 1 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı növbəti ad gününü qeyd edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, onun yeni yaşı münasibətilə uşaq sığınacağındakı azyaşlılar da təbrik ünvanlayıb. Həmin anları paylaşan aparıcı bu sözləri yazıb:

"Videonu izləyəndə gözlərim doldu. Mənim üçün ən dəyərli hədiyyə sığınacağa yerləşdirdiyim balaların təbrikidir. Uşaqları çox sevirəm. İmkanım olsa, bütün atılan, haqqı tapdalanan uşaqları başıma yığıb onların anası olardım. Sizi sevirəm, əziz balalarım. Sizin və sizin kimi atılan, əzilən bütün balalar üçün ömrümün sonuna qədər mübarizə aparacam", - deyə, Xoşqədəm bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.