Əməkdar artist Kübra Əliyeva yanvarın 7-si ad gününü qeyd edib.
Milli.Az xəbər verir ki, bunla bağlı "Elgizlə izlə" aktrisanın evində çəkiliş edib. K.Əliyeva bildirib ki, evində çəkilişə heç vaxt icazə verməyib:
"Çünki kasıb evim var. Köhnədən qalma evdir. Hər şeyini öz əlimlə düzəltmişəm. Öz evimdə hüzur tapıram".
Aktrisa daha sonra oğlu Ayazı ilk dəfə göstərib. O bildirib ki, Ayaz bundan əvvəl heç vaxt kamera qarşısına keçməyib. (publika)
Milli.Az