Şou-biznes

“Bu kişidir ki!” - “Səs”in ilk günü - VİDEO

7 Yanvar 2023 14:31
Baxış: 1 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Səs Azərbaycan: Doğma nəğmələr" müsabiqəsinin birinci buraxılışı maraqlı anlarla yadda qalıb. 

Milli.Az olay-a istinadən yazır ki, marketlərdən birində çalışan Sərxan Şükürov adlı iştirakçının çıxışı xüsusilə diqqət çəkib. "Qaragilə" mahnısını səsləndirən Sərxana münsiflərdən yalnız Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Aşıq Samirə) dönüb. Bundan əlavə, Xalq artisti Gülyaz Məmmədovanın Sərxana reaksiyası maraqla qarşılanıb. Onun səs tembrindən qadın olduğunu düşünən xanəndə Sərxana tərəf dönəndən sonra "Bu kişidir ki!" deyərək təəccübünü bildirib.

Şükürovla bağlı maraqlı bir fakt da üzə çıxıb. Digər münsif İlqar Xəyalın sözlərindən və reaksiyasından bəlli olub ki, Sərxan onun uzun illərdir ki, qonşusudur. İştirakçı isə bildirib ki, yarışa qatıldığından İlqarın qəti şəkildə xəbəri olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.