Şou-biznes

Tom Kruz karyerası ərzində ən təhlükəli fəndini göstərdi - VİDEO

24 Dekabr 2022 13:17
Baxış: 1 077
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hollivud ulduzu Tom Kruz karyerası ərzində ən təhlükəli fəndi barədə danışıb. Onun sözlərinə görə, tamaşaçılar bunu "Missiya: Mümkünsüz - Ölümcül hesablaşma. Birinci hissə" ("Mission: Impossible - Dead Reckoning Part One") filmində görə biləcəklər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 60 yaşlı amerikalı aktyor bunun üçün hündürlükdən motosikllə tullanışının necə həyata keçirildiyini göstərib.

"Bu, indiyə qədər etdiyimiz ən təhlükəli şeydir. Biz fəndi Norveçdə çəkəcəyik və bu, motosikletin uçurumdan tullanması olacaq", - deyə aktyor videoda bildirib.

Kruzun fəndlər üzrə koordinatoru Ueyd İstvud aktyorun təhlükəli hərəkətə hazırlaşmaq üçün ilboyu mükəmməl təlim keçdiyini bildirib.

Qeyd edək ki, ulduz aktyor fəndlərin çoxunu özü həyata keçirməyə çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.