Şou-biznes

Lalə Məmmədova ikinci dəfə ərə gedir? - VİDEO

20 Dekabr 2022 15:27
Baxış: 3 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Heç bir qadın sevgisiz yaşamağa məhkum deyil. Hər kəsin sevmək, xoşbəxt olmaq haqqı var. Sevgi həyatım sakit gedir. Sevgi o qədər gözəl duyğudur ki... İnsanı həyata bağlayıb, motivasiya verir".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Şou xəbər" verilişinə müsahibəsində deyib.
Hazırda eşq yaşadığını etiraf edən sənətçi ilk uğursuz evliliyindən peşmançılıq çəkmədiyini dilə gətirib.

"Ailə dağılması hər kəsin başına gələ bilər. Bir işi görüb peşman olmaq daha yaxşıdır, nəinki tərsinə... Yaş keçdikcə bu, insana çox əziyyət verir. Həyatımda yaşadıqlarım heç bir şeyə görə peşman deyiləm. Allah bundan sonrakı peşmançılıqlarından qorusun".

L.Məmmədova müsahibəsini "Böyük qızım deyir ki, ana ailə qur" sözlərilə bitirib.
Qeyd edək ki, Lalə Məmmədova İlham Qafarov adlı şəxslə 2004-cü ildə ailə qurub. Cütlük 2013-cü ildə boşanıb. Onların Nərgiz və Çinarə adında iki qızları var. Bir müddət əvvəl Lalə müsahibələrinin birində eşq yaşadığını etiraf edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.