Şou-biznes

Aftandil İsrafilovun səhhəti necədir?

19 Dekabr 2022 15:08
Baxış: 1 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Xalq artisti Aftandil İsrafilov hazırda xəstəxanada müalicə alır.

Milli.Az xəbər verir ki, qarmon ifaçısının qızı Həcər axşam.az-a açıqlamasında atasının səhhətindən danışıb. O bildirib ki, A.İsrafilov artıq kritik vəziyyəti atladıb:

"Hazırda xəstəxanadadır, müalicəsi davam edir. Həkimlər sağ olsunlar, kritik vəziyyətdən çıxartdılar. Atam indi danışa da bilir. Amma yenə də həkim nəzarətində olmalıdır. Müalicəsi uzun çəkəcək".

O əlavə edib ki, A.İsrafilov əməliyyat olunmalıdır:

"Əməliyyat üçün hələ durumu uyğun deyil. Ağciyəri dözməyə bilər. Ona görə də həkimlər tam qərar verə bilməyiblər. Bir çox orqanında problem var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.