Şou-biznes

Zeynəb Xanlarova Azərbaycandan köçüb? - AÇIQLAMA

19 Dekabr 2022 11:31
Baxış: 6 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün bir sıra saytlarda Azərbaycanın görkəmli sənətkarı, Xalq artisti Zeynəb Xanlarovanın Azərbaycandan birdəfəlik köçməsi ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumat böyük müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Manset.az Zeynəb Xanlarovanın özü ilə dəfələrlə əlaqə saxlamağa cəhd etsə də, Xalq artisi telefona cavab verməyib. 

Daha sonra Manset.az Zeynəb Xanlarovanın qardaşı qızı Əməkdar artist Mehriban Xanlarova ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında məlumatın yalan olduğunu bildirib:

"Zeynəb xanım, mənim əziz bibim, hazırda evində oturub. Azərbaycandadır. Heç bir yerə də getməyib. Deyilənlər hamısı yalandır."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.