Türkiyənin məşhur aktrisası Merve Boluğurla dicey Mert Aydın boşansalar da, onlar görüşməyə davam edirlər.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, dicey bu mövzu ilə bağlı danışarkən keçmiş həyat yoldaşı ilə yenidən barışa biləcəklərini deyib:
"Mənim üçün Merve çox dəyərlidir. Onunla dostuq. Dost olduğumuz üçün görüşürük. Bəlkə də yenidən münasibət qura bildik. Bizim münasibətimiz reklam deyildi. Kişi olaraq bitən evliliyin arxasınca danışmaq mənə yaraşmaz".
Milli.Az