40 gün həyat yoldaşı, indi isə dostu oldu...

17 Dekabr 2022 08:08

Türkiyənin məşhur aktrisası Merve Boluğurla dicey Mert Aydın boşansalar da, onlar görüşməyə davam edirlər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, dicey bu mövzu ilə bağlı danışarkən keçmiş həyat yoldaşı ilə yenidən barışa biləcəklərini deyib:

"Mənim üçün Merve çox dəyərlidir. Onunla dostuq. Dost olduğumuz üçün görüşürük. Bəlkə də yenidən münasibət qura bildik. Bizim münasibətimiz reklam deyildi. Kişi olaraq bitən evliliyin arxasınca danışmaq mənə yaraşmaz".

Milli.Az