Şou-biznes

2022-ci ildə dünyasını dəyişən sənət adamları - FOTO

26 Dekabr 2022 00:44
Baxış: 2 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2022-ci il sənət aləmində qalmaqallı, toylu-büsatlı, söz-söhbətli keçdiyi qədər, üzücü xəbərləri ilə də bol olub. Bu il də bir çox sənət adamı vəfat edib. 

Milli.Az axşam.az-a istinadən 2022-ci ildə itirdiyimiz məşhurların siyahısını təqdim edir:

Müğənni-bəstəkar Rəhim Rəhimli sentyabrda dünyasını dəyişib. Sənətçinin uzun müddət ağır xəstəlikdən əziyyət çəkdiyi ortaya çıxıb. Bildirilib ki, Rəhim sirrozdan əziyyət çəkirmiş.

Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova 82 yaşında dünyasını dəyişib. O, qızının yanında, Honq-Konqda vəfat edib və nəşi Bakıya gətirilərək, dəfn olunub. 

"Yeni ulduz" yarışmasının iştirakçısı Samir Cabbarov bir neçə gün əvvəl vəfat edib. 31 yaşlı müğənni xərçəngdən əziyyət çəkirmiş.

Aktrisa Məqsudə Əliyeva dekabrın 8-də Lənkəranda yaşadığı evdə vəfat edib. O, uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş .

Əməkdar artist Süleyman Abdullayev də 2022-ci ildə dünyasını dəyişib. Dədə Süleyman uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi. Onun ayaq barmaqları amputasiya edilmişdi.

Aktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvü Fərqanə Quliyeva vəfat edib.

Xalq artisti Əlibaba Məmmədov vəfat edib. Sənətçi 92 yaşında dünyasını dəyişib.

Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada vəfat edib.

Azərbaycanlı dirijor Fazil Əliyev vəfat edib. O, 77 yaşında ABŞ-ın Nyu Cersi ştatında dünyasını dəyişib.

Azərbaycanın görkəmli teatr rejissoru, Xalq artisti Vaqif Əsədov 2022-ci ildə vəfat edib.

Azərbaycanlı xanəndə, bəstəkar Oqtay Hacıyev vəfat edib. O, 71 yaşında dünyasını dəyişib.

Xalq artisti Zülfüqar Abbasov vəfat edib. Rejissor 81 yaşında dünyasını dəyişib.

Xalq artisti Kamil Cəlilov vəfat edib. Qaboy ifaçısı 84 yaşında dünyasını dəyişib.

Amerikada yaşayan aktrisa Firəngiz Rəhimbəyova da bu il 62 yaşında dünyasını dəyişib. O, Los-Ancelesdə dəfn olunub. 

Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyev bu gün 84 yaşında vəfat edib.

Əməkdar artist Novruz Qartal vəfat edib. Aktyor uzun müddət bağırsaq xərçəngindən əziyyət çəkib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.