"Bu teatrda məndən də yaşlı aktrisalar var, mən niyə çıxarılmalıyam?"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın tanınmış aktyorları - Xalq artistləri Valeh Kərimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik və Səidə Quliyevanın işdən çıxarılması barədə məlumat yayılıb.
Bu məlumata cavab olaraq Mədəniyyət Nazirliyi anlaşılmaz bir açıqlama verib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, açıqlamada deyilir ki, mövcud qanunvericilikdə 65 yaşına çatmış şəxslərin təqaüdə çıxması nəzərdə tutulur:
"Elmi və fəxri adları olan şəxslərlə müqavilələr 75 yaşına qədər uzadıla bilər. Qanunvericilikdə göstərilir ki, bir müəssisədə yaşı 65-i ötən əməkdaşların sayı orada çalışan əməkdaşların sayının 2 faizini təşkil etməlidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini hər il onlarla tələbə aktyor, rejissor, teatrşünas bitirir. Ölkədə isə cəmi 25 dövlət teatrı fəaliyyət göstərir. Teatrların ştatları isə məhdud saydadır və stabildir. Teatrlarda kadr dəyişikliyi labüddür".
Bir sözlə, Mədəniyyət Nazirliyinin aydınlıq gətirdiyi məsələ aydın olmadan qalıb. Aktyorların işdən azad olunub-olunmamasına izah verilməyib.
Mövzu ilə bağlı danışan aktrisa Səidə Quliyeva bildirib ki, yayılan xəbər onu çox əsəbləşdirib:
"Bilmirəm belə xəbərləri kim yayır. Teatrşünas İlham Rəhimov pensiya yaşlı aktyorlar barədə danışarkən mənim də adımı çəkib, məni qalmaqala salıb. Birincisi bu teatrda məndən də yaşlı aktrisalar var, mən niyə çıxarılmalıyam? İkincisi Akademik Milli Dram Teatrından heç kim işdən çıxarılmayıb. Bu xəbərləri kim yayır? Jurnalistlər araşdırıb sonra desinlər. Adı çəkilən aktyorların hamısı öz işinin başındadır. Teatrın direktoru Azərpaşa Nemətov reaksiya verdi bildirdi ki, aktyor yalnız öz istəyi ilə işdən ayrıla bilər. Mən cari tamaşalarda rol alıram, televiziyada, radioda çalışıram. Bu xəbər yalandır. Başqa teatrları bilmirəm, bizim teatrdan texniki işçi də çıxarılmayıb, nəinki aktyorlar".
Akademik Milli Dram Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki, Xalq artistləri Ramiz Məlikin, Səidə Quliyevanın, Əli Nurun və Hacı İsmayılovun işdən çıxarılması haqqında yayılan xəbərlər doğru deyil.
"Yalandır və yenə yalandır!
Dünən bununla bağlı müxtəlif saytlara açıqlama verilib. Aktyorlar özləri də məsələyə aydınlıq gətiriblər ki, biz işimizi davam etdiririk.
Bu sənətkarlar Azərbaycan teatrı üçün dəyərdirlər. Akademik Milli Dram Teatrında işəmuzd əməkdaşlıq yoxdur. Hər bir aktyor ştat cədvəli üzrə maaş alır. Çox təəssüf ki, sosial şəbəkə istifadəçiləri və saytlar bu yalan məlumatı hələ də tirajlayırlar, teatrın əleyhinə istifadə edirlər",- deyə o qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
XƏBƏR LENTİ
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi





