“Verilişimə bəyənmədiyim sənətçi gələndə sancıb, söz atıram”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Televiziya mövsümü başlayandan bu günə kimi hansı müğənniyə zəng edib verilişimizə çağırırıqsa, ya deyir ki, əməliyyatdayam, ya da ki xaricdə istirahətdə. Aralarında bəzi ifaçılar da var ki, yeni mahnı yazdırıram, klip çəkdirəcəyəm gözlə hazır olsun, sonra gəlim. Digərlərin isə başı toylara və məclislərə qarışıb".
Milli.Az xəbər verir ki, bu sözləri "Xəbər-ətər" və "Sözbaz" verilişlərinin aparıcısı Zümrüd Bədəlova bizim.media-nın əməkdaşı ilə söhbətində deyib.
Aparıcı bildirib ki, iş xətrinə kaprizli müğənnilərin nazını çəkmək məcburiyyətində qalır.
"Kaprizli müğənnilərin kimliyini bildiyim üçün onların üstünə getmirəm. Məsələn olur ki, müğənni gəlir müsahibə verir, sonra da deyir ki, bu hissəni çıxart. Çıxardıram, amma sonra zəng edəndə telefonunu götürmürəm. Artıq bunlara öyrəşmişəm", - deyə Z.Bədəlova söyləyib.
"Verilişinizə bəyənmədiyiniz sənətçi gələndə onu sevmədiyinizi reaksiyalarınızla bəlli edirsiniz?" sualına Zümrüd cavabı ilə təəccübləndirib. Z.Bədəlova nəinki, bəlli etdiyini, hətta verilişin gedişatına sevmədiyi qonağı atmacalı sözləri ilə sancdığını dilə gətirib.
"Məncə bu xüsusiyyət bütün aparıcılarda var. Çünki televiziya atamızın şəxsi mülkü deyil. Televiziya dövlətə məxsusdur və xalq baxır. Xalq kimi istəyir, biz də həmin sənətçini efirə dəvət edirik. Amma çox zaman müdiriyyətdən bununla bağlı iradlar eşidirəm.
Deyirlər ki, o dəqiqə hiss olunur ki, sən verilişinə gələn o qonağı sevmirsən. Mən də nə olursa-olsun, sevmədiyimi bəlli edirəm. Gizlədə bilmirəm. Efirdə onu sözlərimlə vururam, sancıram, ya da söz atıram. Bunu da həmin qonaq çox gözəl hiss edir. Qəribə olan budur ki, onu sevmədiyimi bilə-bilə verilişimə qonaq gəlir. Hətta verilişdən çıxır, sonra da xəbər göndərir ki, gələn ay məni yenə də Zümrüdün verilişinə qonaq çağırın. Niyə? Axı mən səni verilişimdə yaxşı qarşılamadım. Niyə yenidən gəlirsən? Anlamıram!".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"





