Şou-biznes

"Atama heç vaxt halallıq verməyəcəyəm" - VİDEO

2 Noyabr 2022 02:44
Baxış: 3 058
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Günel Ələkbərova şəxsi həyatı barədə danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Ümid ilə gəl" verilişində atasıyla münasibətdən bəhs edib. O, valideyninə halallıq vermədiyini bildirib:

"Atam ölüm ayağında olanda məni çağırdılar ki, gəl halallıq ver. Getmədim, heç vaxt da halallıq verməyəcəyəm. Axirətdə də inşallah Allah məni onunla qarşı-qarşıya qoyar, mən də hesabatımı istəyərəm. Çünki, mənim öz atam yanımda olsaydı, həyatın bəzi üzlərini görməzdim. Ögey ata əlində böyüməzdim. Anam ailə həyatı qurub, 2 yaşım olanda onlar ayrılıblar. Özü də elə-belə adam da deyil, tanınmış adamdır. Çoxları da tanıyır. Çətin vaxtlarımda, qapıma elçi gələndə yanımda olmayıbsa... Siz mənim yerimdə olsaydınız, verərdiniz? Heç vaxt da vermərəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.