Şou-biznes

Ani Lorak Kiyevdəki 1,5 milyon dollarlıq mənzilindən məhrum oldu

29 Oktyabr 2022 06:44
Baxış: 1 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynalı müğənni Ani Lorak ölkə prezidenti Volodimir Zelenski tərəfindən təsdiq edilən sanksiyalara görə Kiyevdəki mənzilindən məhrum olub.

Ona məxsus daşınmaz əmlakının ümumi sahəsi 400 kv. metr, qiyməti isə 1,5 milyon dollardır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məhdudiyyətlərə məruz qalan başqa bir ifaçı Taisiya Povalinin də Ukraynada üçmərtəbəli malikanəsi var. Lakin onların taleyi barədə məlumat yoxdur.

Qeyd edək ki, oktyabrın 20-də Zelenski Ukraynada doğulmuş, lakin Rusiyada peşəkar karyera quran müğənnilər Taisiya Povaliy, Ani Lorak və Anna Sedokova, həmçinin teleaparıcı Regina Todorenkoya qarşı sanksiyaların tətbiq edilməsi haqqında fərman imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.