Şou-biznes

“Oğlumu ağlı kəsməmiş evləndirməli idik”

24 Oktyabr 2022 20:04
Baxış: 1 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Oğlumu ağlı kəsməmiş evləndirməli idik. Çünki mən məclislərə gedirəm və görürəm ki, uşaqları 20-22 yaşında evləndirirlər. Ağlı kəsməmiş daha rahat olur. Sonra çox seçici olur, oğlanlar da, qızlar da".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova Ülvira Qarayevanın Astar TV-də yayımlanan yutub layihəsində deyib.

Sənətçi oğlu Cahadla münasibətlərindən söz açıb:

"Mən də, atası da evlənsin deyə küsürük ondan. Bəzən bir həftə üzünə baxmırıq, danışdırmırıq. Sonra nəsə olur, əriyirik, dayana bilmirik. Həmişə onunla dost olmuşuq. İndi isə ondan çox söz ala bilmirəm. Bir az daha qapalı qutu kimidir. Son 2-3 ildir heç danışmır, öz işlərini demir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.