Şou-biznes

42 yaşlı Nigar Camal paylaşımı ilə diqqət çəkdi - VİDEO

20 Oktyabr 2022 14:04
Baxış: 3 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nigar Camal sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, sənətçi instaqram hesabında idman zalında lentə alınan yeni görüntülərini paylaşıb. Məşq prosesi zamanı ifaçının yanında həmkarı Eldar Qasımov da olub. 

Hər zaman fit və cazibədar görünüşü ilə seçilən 42 yaşlı Nigar bu dəfə də diqqətləri üzərinə çəkməyi bacarıb.

Onun paylaşdığı görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən maraq və rəğbətlə qarşılanaraq çox bəyənilib.

Məlumat üçün bildirək ki, Nigar Camal uzun müddətdir idmanla məşğuldur. Hətta sənətçi bir müddət əvvəl etdiyi akrobatik hərəkətlərlə gündəmə gələrək müzakirələrə səbəb olmuşdu. 

Milli.Az Nigar Camalın sözügedən videosunu təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.