Şou-biznes

"Buna meylim olsaydı, indiyə kimi adım qadınlarla çəkilərdi, amma şükür ki, kişilərlə hallanıb"

17 Oktyabr 2022 16:20
Baxış: 9 690
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tək sevdiyim insandan yox, dostlarımdan, əhatəmdən, iş yoldaşlarımdan da xəyanət görmüşəm. Xəyanətə artıq öyrəşmişəm". 

Milli.Az olay-a istinadən yazır ki, bu sözləri Pərvin Abıyeva "Qırmızı" adlı yutub layihəsində qonaq olarkən deyib.

Məşhur aktrisa bəylər tərəfindən aldadıldığını, əksəriyyətinin yalan danışdığını bildirib:

"Bəzi kişilər qadını əldə edə bilməyəndə başqa yollara əl atır. Bilir ki, hər bir qadının zəif nöqtəsi ailə qurmaq, uşaq sahibi olmaqdır. Düşünür ki, bunu necə əldə edə bilərəm? Ən yaxşısı, həmin qadına evlilik təklif edib, əldə etməkdir. Hara qədər gedər-gedər. "Tutar qatıq, tutmaz ayran". O baxımdan aldanmışam".

P. Abıyeva deyib ki, ən böyük arzusu ana olmaqdır: "Həyatımda istədiyim bir tək şey var. Onu əldə etməmişəm, amma etmək istəyirəm. Ana olmaq istəyirəm. İnşallah".

Pərvin həmcinslərinə meyilli olması barədə gəzən söz-söhbətlərə aydınlıq gətirib:

"Allah məni o günə salmasın. Eynicinslərə qarşı heç zaman meylim olmayıb. Əhatəmdə elə insanlar olub. O onların düşüncəsi, seçimi, yaşayışıdır. Ümumiyyətlə insanları qınamağı sevmirəm. Əgər meylim olsaydı, indiyə kimi bir qız və ya qadınla adım birgə çıxardı. Bilirsiniz ki, adım kimlərlə birgə çıxıb və hallanıb. Yəni hər zaman əks cins olub. Şükür ki, əks cinsə meyilliyəm, bir qadına yox".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.