Şou-biznes

“Arvadına sahib çıx!”

10 Oktyabr 2022 16:04
Baxış: 2 048
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Castin Biber sosial şəbəkədə həyat yoldaşı Heyli Biberə hücum edən Kanye Uestlə bütün əlaqələrini kəsdiyini və dostluğuna son qoyduğunu bildirib.

Milli.Az olay-a istinadən yazır ki, ötən günlərdə "White Lives Matter" (Ağların həyatı önəmlidir - red.) sözləri ilə irqçilik edən reper bir çox məşhur simadan sərt reaksiya alıb. Uesti bu mövzuda "Vogue" dərgisinin redaktoru da tənqid edib. Heyli Biber isə jurnalisti tərifləyib, lakin Uestlə bağlı heç bir şərh bildirməyib.

Yaxın dostu Castinin həyat yoldaşının bu hərəkəti isə Kanyeni özündən çıxarıb. Ye 2016-cı ildə Dreyklə eşq dedi-qodusu çıxan Heyli barədə xəbərin skrinşotunu sosial media hesabında paylaşaraq "Mən deməmiş həyat yoldaşına sahib, deyəsən, biz dost idik..." sözlərini yazıb.

Qeyd edək ki, Castin Biber və Kanyenin dostluğu uzun illər əvvələ gedib çıxır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.